"412 nəfər mina qurbanı olub" - XİN

Son beş ildə Ermənistanla sərhəddə 412 nəfər mina qurbanı olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanla sərhəddə baş verən mina hadisəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X"də etdiyi paylaşımda bildirilib.
Qeyd olunub ki, minalar hələ də Azərbaycanda insan həyatına son qoymaqda davam edir:
"Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Ermənistan sərhədində minanın partlaması nəticəsində ağır şəkildə yaralanıb. Təkcə 2020-ci ilin 44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub. Mülki şəxsləri hədəf alan, bərpa işlərini ləngidən və təhlükəsiz qayıdışı əngəlləyən bu humanitar faciə beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Bu fakt həmçinin genişmiqyaslı mina təmizləmə əməliyyatlarının sürətləndirilməsi üçün təcili beynəlxalq dəstəyin vacibliyini bir daha göstərir".
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










