67 şəhərə gediş-gəliş qadağan olunub - İranda

Xəbərlər 27 Mart 2021 18:54 Oxunub 1020
67 şəhərə gediş-gəliş qadağan olunub - İranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranda koronavirusa yoluxma halları artdığı üçün 67 şəhərə gediş-gəliş qadağan olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, İranən Koronavirusla Mübarizə Qərargahının sözçüsü Əlirza Rəisi deyib ki, bu qərara “qırmızı” və “narıncı” bölgələrin  sayı artdığı üçün qəbul edilib: "Ötən gün daha 23 şəhər “qırmızı”, 44 şəhər isə “narıncı” olub. Novruz bayramında səfərlərin artması və karantin qaydalarına riayət olunmaması virusa yoluxma hallarının artmasına səbəb olub".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh