Banner

“8 saata görə 5 manat ödəyən vətəndaşın...” – Deputat cərimələrə də ETİRAZ ETDİ

Xəbərlər 25 Fevral 2022 15:18 Oxunub 2256
“8 saata görə 5 manat ödəyən vətəndaşın...” – Deputat cərimələrə də ETİRAZ ETDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Cərimələrin və rüsumların artırılmasından əvvəl vətəndaşların maaşı qaldırılmalıdır”. Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü Fazil Mustafa son günlər ciddi müzakirə mövzusuna çevrilən rüsumların və cərimələrin artırılması məsələsindən danışarkən deyib. Deputatın fikrincə, vətəndaşın marağına toxunan istiqamətdə cərimələrin olması vətəndaşın xeyrinə ola bilməz: “Amma vətəndaşa xidmət edən qurumların, yaxud hüquqi şəxslərin fəaliyyətində olan inzibati hüquqpozmalara görə cərimələrin artırılması vətəndaşın xeyrinədir. Məsələn, parklanma məsələsində cərimələr absurd görünür. Məgər, yetərincə parklanma yeri yaradırsız ki, cərimə də tətbiq edirsiz?
Vətəndaş 5 dəqiqəlik düşüb, aptekdən dərman almaq istəyir, yaxud iş yerinə yaxın yerdə saxlamalıdır. Sən isə parklanma yeri açmısan və qiymətləri kəlləçarxa qaldırmısan. İşə gedən və avtomobilini park etdiyi yerdə 8 saata görə 5 manat ödəyən bir vətəndaşın maaşının böyük hissəsi parklanmaya gedir. Bu, necə vətəndaşın xeyrinə ola bilər? Hər halda bu məqamları nəzərə almaq lazımdır”, - deyə millət vəkili qeyd edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh