Banner

89 saat sonra xilas edilən gənc oğlan maşınını axtardı - VİDEO

Xəbərlər 10 Fevral 2023 11:38 Oxunub 784
89 saat sonra xilas edilən gənc oğlan maşınını axtardı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ardıcıl zəlzələlərin vurduğu şəhərlər arasında yer alan Qaziantepin İslahiye rayonunda dağılmış binanın dağıntıları arasında qalan 23 yaşlı Yiğit Akar 89 saat sonra sağ-salamat xilas edilib.

Avtosfer.az xəbər verir ki, Yiğit Akar onu xilas edən komanda üzvlərinə verdiyi sualla təbəssüm yaradıb. 

Belə  ki, o,  "Binanın qarşısında ağ bir avtomobil var idi, necədir?" ,- deyə sual verib.  Komandalar isə cavabında  "İndi onu axtararıq" deyib. Gənc oğlan xəstəxanaya yerləşdirilib. 

 unikal

ŞƏRH YAZ
Ad

E-mail

Şərh