Azərbaycanda bu qurum LƏĞV EDİLDİ

Xəbərlər 17 Aprel 2026 13:23
Azərbaycanda bu qurum LƏĞV EDİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

Avtosfer.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1117 Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, ev 2025-ci məhəllə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən qurum 2005-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hacıyev Ələddin Əli oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir.
 

Oxunub : 706
ŞƏRH YAZ
Ad

E-mail

Şərh