Banner

AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO - VİDEO

Xəbərlər 17 İyun 2022 18:49 Oxunub 1078
AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edib.

AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, Naftalan şəhərində Agentliyin tabeliyində olan“29 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilən qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Qeyd edək ki, AAYDA-da Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Regionlarla yanaşı həmin cədvələ əsasən, Agentliyin inzibati binasında da vətəndaşların qəbulu keçirilir.

AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO  - VİDEO AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO  - VİDEO AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO  - VİDEO AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO  - VİDEO AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO  - VİDEO AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO  - VİDEO AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO  - VİDEO AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO  - VİDEO AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO  - VİDEO AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO  - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh