Abdulkadir Uraloğlu: İstanbulda 1004 kilometrlik metro xəttinə ehtiyac var
Xəbərlər
19 Fevral 2024 13:14
Oxunub 558

İstanbulda ümumilikdə 1004 kilometrlik metro xəttinə ehtiyac var.
Avtosfer.az xəbər verir ki, bunu Türkiyənin infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu “Hürriyət”ə müsahibəsində deyib.
O bildirib ki, xəttin 400 kilometrinin inşası tamamlanıb: “Təxminən 600 kilometrlik hissə qalıb”.
Nazirin sözlərinə görə, İstanbulun nəqliyyat problemini təkcə yerüstü layihələrlə həll etmək mümkün deyil: “Yer altına, yəni metrolara da düşməliyik”.
A.Uraloğlu qeyd edib ki, yerüstü həll yolları artıq tükənib.
report
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













