Banner

ABŞ-da rəsmilərə "TikTok"-dan istifadə QADAĞAN EDİLDİ

Xəbərlər 14 Dekabr 2022 09:00 Oxunub 862
ABŞ-da rəsmilərə "TikTok"-dan istifadə QADAĞAN EDİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-ın Alabama ştatının qubernatoru Kay İvey Çinin təhlükəsizlik təhdidinə görə rəsmilərə TikTok sosial şəbəkəsindən istifadəni qadağan edib.

Bu barədə Kai Ivey tweetterdə məlumat yayıb.

"Alabama sakinlərinin məxfilik hüquqlarını qorumaq şərtdir və mən Çindən gələn təhlükəsizlik təhdidini təbii ki, yüngül qəbul etmirəm, buna görə də TikTok tətbiqini hökumət cihazlarımızdan və şəbəkələrimizdən qadağan etmişəm" deyə Kai Ivey qeyd edib.

Alabama qubernatoru sosial şəbəkədəki yazıya imzaladığı memorandumun fotoşəkilini əlavə edərək, TikTok-un Çin şirkətinə məxsus olduğunu, buna görə də "Çin qanunlarına uyğun olduğunu və onun məlumatlarının Çin Kommunist Partiyasına verilə biləcəyini" -bildirib.

Noyabrın sonunda Cənubi Dakota qubernatoru Kristi Noem də milli təhlükəsizlik təhdidinə görə dövlət işçilərinə TikTok proqramından istifadəni qadağan edən sərəncam imzalayıb. Daha sonra ABŞ-ın Texas ştatının qubernatoru Çin Kommunist Partiyasının artan təhlükəsini əsas gətirərək rəsmilərə TikTok sosial şəbəkəsindən istifadəni qadağan edib. (unikal)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh