Banner

ABŞ-da uğursuz uşaq qaçırma cəhdi gündəm oldu - VİDEO

Xəbərlər 19 İyul 2021 12:00 Oxunub 710
ABŞ-da uğursuz uşaq qaçırma cəhdi gündəm oldu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nyu-Yorkdakı uğursuz uşaq qaçırma cəhdi küçədə quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

“TRT Haber” bildirib ki, hadisə şəhərin Kuins məhəlləsində baş verib.

45 yaşlı Dolores Diaz azyaşlı övladı ilə küçədə gəzişərkən naməlum şəxslər uşağı zorla yaxınlıqda dayanmış avtomobilə mindirib. Lakin qadın cəld tərpənərək övladını avtomobilin pəncərəsindən dartıb-çıxarmağa müvəffəq olub.

Uşaq oğrularından biri, 24 yaşlı Ceyms Makqonaql artıq saxanılıb. Hazırda polis onunla işbirliyində olan digər cinayətkarları axtarır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh