ABŞ İraqı bombaladı, 16 nəfər öldü

ABŞ-ın İraqın qərbindəki Ənbar əyalətinə endirdiyi aviazərbələr nəticəsində 16 nəfər ölüb.
Bu barədə “Shafaq News” agentliyi məlumat yayıb.
İraqın bu əyalətdəki Hərbi Əməliyyatlar Komandanlığından bildirilib ki, ABŞ tərəfdən açılan atəşlər nəticəsində 16 nəfər ölüb.
Xatırladaq ki, ABŞ fevralın 2-dən 3-ə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalayıb. Bu, Birləşmiş Ştatların İordaniyadakı hərbi bazasına hücuma cavabdır.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatına görə, aviasiyanın vurduğu hədəflər arasında komanda məntəqələri, kəşfiyyat mərkəzləri, raket və dron anbarları, habelə İraq və Suriyada Sepah və ona bağlı qüvvələrin sursat təchizatı şəbəkələrinin fəaliyyətini təmin edən digər obyektlər olub. (report)
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











