ABŞ şirkəti kosmosa bilet satışına başlayır - QİYMƏT
Xəbərlər
16 Fevral 2022 17:56
Oxunub 1714

Fevralın 16-dan “Virgin Galactic Holdings Inc.” suborbital uçuşlara bilet satışına başlayır.
Şirkətin baş direktoru Maykl Kolqlazye bildirib ki, ilin sonunadək min biletin satılması planlaşdırılır.
Onun sözlərinə görə, ilk uçuşların 2022-ci ilin sonunda həyata keçiriləcək. Nyu-Meksikodan qalxacaq kosmik təyyarə 1,5 saat ərzində sərnişinlərinə unudulmaz anlar yaşadacaq.
Suborbital uçuş üçün biletin qiyməti 450 min dollar olacaq. Bundan əlavə, bileti əldə etmək üçün 150 min dollar depozit lazımdır.
Qeyd edək ki, bu məlumat şirkətin səhmlərinin qiymətinə müsbət təsir edib. Onlar ticarət sessiyası ərzində 20% bahalaşıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













