Abşeronda 17 ədəd F-1 qumbarası aşkarlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli və Novxanı kəndlərində, Masazır qəsəbəsi ərazisində silah-sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Avtosfer.az xəbər verir ki, əlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 17 ədəd F-1 əl qumbarası, 16 ədəd UZRQM partladıcısı, 1 ədəd UBR-M75P1 partladıcısı, 85 ədəd 7,62 mm-lik, 44 ədəd 5,45 mm-lik və 13 ədəd 9,18 mm-lik mərmi, 1 ədəd AK-74 avtomatı və 2 ədəd sandıqcası, 1 ədəd AKSU avtomatı, 2 ədəd Makarov tipli tapança və 2 ədəd sandıqcası, 1 ədəd süngü bıçağı olduğu müəyyən edilib.
Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











