Banner

Abşeronda 500-ə yaxın sakin çarəsiz vəziyyətdə: "Gərək araba alaq" - VİDEO

Xəbərlər 13 Mart 2025 14:00 Oxunub 424
Abşeronda 500-ə yaxın sakin çarəsiz vəziyyətdə: "Gərək araba alaq"  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində yaşayan 500-ə yaxın sakin yollarının bərbad olmasından şikayətlənir.

Sakinlər iddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətlərinə baxan yoxdur.

"Şəhərdən məhəllənin başına kimi 5 manata gəlirik. Sürücülər yolu görəndən sonra 3 manat da əlavə istəyirlər. Şəhərə gedəndə üst-başımız palçıq olur. Görün nə vəziyyətdəyik, belə yaşayış olmaz. Gərək araba alaq", - deyə sakin narazılığını bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh