Banner

Abşeronda boya zavodunda başlayan yanğın məhdudlaşdırıldı - VİDEO - YENİLƏNİB

Hadisə 22 Avqust 2025 13:56 Oxunub 816
Abşeronda boya zavodunda başlayan yanğın məhdudlaşdırıldı - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Havanın güclü küləkli olmasına və yanğının mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin yüksək peşəkarlığı və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb".

Avtosfer.az bu barədə FHN-in məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

***12:44

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Avtosfer.az bu barədə FHN-in məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir. Havanın güclü küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.

***12:23

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda başlayan yanğının yayılmasının qarşısı alınıb.

Avtosfer.az bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hazırda yanğınla mübarizə tədbirlərini davam etdirirlər.

Əlavə məlumat veriləcək.

***11:11

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən boya istehsalı müəssisəsində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.

DİN Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh