Abşeronda oğurluq edən və narkotik becərən şəxslər tutulub - VİDEO

Abşeron rayonu Mehdiabad qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, naməlum şəxs oradan dəyəri 10 min manat olan təmir-tikinti avadanlıqları oğurlayıb. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nail Hacıyev tutulub.
Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs də saxlanılıb.
Belə ki, Polis Bölməsinə Digah qəsəbəsi sakini İntiqam Mirzəyevin yaşadığı evin həyətində çətənə bitkisi əkib-becərdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı İntiqam Mirzəyevin həyətindən aqrotexniki qaydada yetişdirdiyi çəkisi 27 kiloqram olan 34 ədəd çətənə kolu aşkar edilib.
Faktlarla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











