Banner

Abşeronda qadın külli miqdarda narkotiklə tutuldu - FOTO - VİDEO

Xəbərlər 3 İyun 2025 15:48
Abşeronda qadın külli miqdarda narkotiklə tutuldu - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonunda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Avtosfer.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ-nin Saray Polis Bölməsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlayıb.

 

Oxunub : 406
ŞƏRH YAZ
Ad

E-mail

Şərh