Adı qalmaqalda hallanan 201 nömrəli məktəbdə üç müəllim işdən çıxarıldı - VİDEO

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə 20 ildən çoxdur çalışan üç müəllim eyni vaxtda işdən çıxarılıb.
Avtosfer.az xəbər verir ki, həmin müəllimlər iddia edirlər ki, işdən çıxarılmalarına səbəb direktor Afaq Əliyeva ilə bağlı müvafiq qurumlara şikayət etmələridir.
İşdən azad edilən müəllimlərdən biri Saleh Məmmədovdur. O iddia edir ki, direktor Afaq Əliyeva şəxsi intriqaları səbəbindən qərəzli şəkildə onu işdən uzaqlaşdırıb.
İşdən çıxarılan digər müəllim Kəmalə Mönsümova da həmkarları ilə eyni fikirləri bölüşüb.
Məsələ ilə bağlı Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən bildirilib ki, 201 nömrəli tam orta məktəbin qeyd olunan üç müəllimi təhsil müəssisəsinin iş ahəngini, "Təhsilverənlərin etik davranış Qaydaları"nın və əmək qanunvericiliyinin tələblərini, məktəbin daxili nizam-intizam qaydalarını pozduqlarına görə Həmkarlar Komitəsinin iclasında əməlləri qiymətləndirilərək onların əmək müqavilələrinə xitam verilməsi haqqında qərar qəbul olunub.
Qeyd edək ki, məktəb direktoru Afaq Əliyeva adının hallandığı 4 məhkəmə işinin hər birini uduzub. Buna baxmayaraq hələ də vəzifəsini icra edir.
Ətraflı süjetdə:
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











