ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı - RƏSMİ

Bir neçə gündür Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət qatarı ilə Xırdalandan Bakıya gələn bəzi sərnişinlərdən 0.80 AZN, yerinə 2.40 AZN gedişhaqqı çıxılır.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə qafqazinfo-ya həmin reysdən istifadə edən sərnişinlər müraciət ediblər.
Onlar bildirirlər ki, sərnişinlər şikayət üçün yığışsalar da faydası olmayıb, ödənişləri geri qaytarılmayıb.
Problemlə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq:
“Martın 13-dən “Mastercard” beynəlxalq ödəniş sistemində həm kart vasitəsilə, həm də cihaz vasitəsilə ödəniş zamanı, başqa sözlə, NFC ödənişlərində balansdan vəsaitin çıxılma məntiqi dəyişib. Belə ki, sərnişin kartını və ya cihazı dəmiryol vağzalı və stansiyalarının turniketlərinə oxutduranda balansında müəyyən məbləğ bloklanıb.
Gedişhaqqı çıxıldıqdan sonra qalan məbləğ sonradan karta qaytarılır. Lakin artıq bu gündən etibarən “Mastercard” kartları ilə gedişhaqqının əvvəlki qaydada ödənilməsi təmin edilib”.

Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










