ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Asiya İnkişaf Bankının (AİB) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Sunniya Durrani-Camalla görüşüb.
Avtosfer.az xəbər verir ki, rəqəmsallaşma, dekarbonizasiya, dayanıqlılıq və digər istiqamətlərdə əməkdaşlığın müzakirə olunduğu görüşdə iki qurum arasında səmərəli tərəfdaşlıq münasibətləri və AİB-in Azərbaycanın dəmiryol infrastrukturunun inkişafına dəstəyi yüksək qiymətləndirilib.
Qeyd olunub ki, enerjiyə qənaət, bərpa olunan enerji istehsalı, tullantıların idarə olunması, resursların səmərəli istifadəsi kimi sahələr karbon izinin azaldılmasına böyük önəm verən ADY ilə AİB arasında əməkdaşlığın yeni mərhələsi kimi nəzərdən keçirilə bilər.
Görüşdə həmçinin AİB-in dəstəyi ilə həyata keçirilən Azərbaycan dəmiryol sisteminin rəqəmsallaşdırılması, Sumqayıt–Yalama dəmiryol xəttinin bərpası kimi layihələr və yeni istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR













