Ağadadaş Ağayev ölkədən çıxıb? - VİDEO

Xuliqanlıqda ittiham olunan Xalq artisti Ağadadaş Ağayevin xarici ölkəyə getməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Avtosfer.az qafqazinfo-ya istinadla xəbər verir ki, müğənninin Qırğızıstanda çəkildiyi deyilən videosu onun istintaqı davam etdiyi halda ölkədən necə çıxması barədə müzakirələrə səbəb olub.
Müğənninin vəkili Asim Abbasov saytımıza açıqlamasında iddialara aydınlıq gətirib. Vəkilin dediyinə görə, yayılmış görüntülər köhnə kadrlardır: “Ağadadaş Ağayev ölkəni tərk etməyib, Bakıdakı evindədir. Öz sənəti ilə məşğuldur”, - vəkil bildirib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.
Hadisəyə görə Ağadadaş Ağayev və mühafizəçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam edir.
Baş nazirdən yeni QƏRAR
Hərəkətdə olan qatarlara daş atılması ilə bağlı polis profilaktik tədbirlər gördü
Son 10 gündə sərnişin qatarlarına 5 dəfə daş atıldı - FOTOLAR
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ








