Ağcabədidə 47 min manatlıq kabel OĞURLANDI - İki nəfər saxlanıldı - VİDEO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kənd təsərrüfatında istifadə edilən qurğuların elektrik kabelini oğurlayaraq külli miqdarda ziyan vuran şəxslər tutulublar.
Avtosfer.az xəbər verir ki, avqustun 20-dən 24-dək olan müddətdə rayonun Salmanbəyli kəndi ərazisində yerləşən şirkətlərdən birinə məxsus pivot suvarma qurğusunun 47 min manat dəyərində kabellərin oğurlanması barəsində polisə məlumat daxil olub.
Əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Cavanşir Əzizov və 1988-ci il təvəllüdlü Dilqəm Hüseynov saxlanılıblar.
Araşdırmalar zamanı C.Əzizovun Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən başqa bir suvarma qurğusundan 600 metr uzunluğunda kabel oğurlaması da müəyyən edilib.
Onların bu hərəkətləri nəticəsində sahələrin suvarılması dayanıb, təsərrüfat subyektlərinə və fermerlərə ciddi maddi ziyan dəyib.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











