Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - VİDEO

Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon sakini Səxavət Əliyevin narkotik tərkibli bitkilərin kultivasıyası ilə məşğul olduğu müəyyən edilib.
Onun rayonun Poladlı kəndində yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsində aqrotexniki qaydada qulluqla yetişdirdiyi 44 ədəd çətənə bitkisi və 2 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Hazırda Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
Bundan əlavə polis əməkdaşlarının may ayı ərzində keçiridkləri əməliyyatlarla rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 27 nəfər saxlanılıb. Həmin şəxslər barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb. Bu əməliyyatlar zamanı ümumilikdə 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.
“Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirlər polis əməkdaşları tərəfindən qətiyyətlə davam etdirilir”, - məlumatda qeyd olunub.
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı











