![Bakıda səfirliyin sürücüsü velosiped zolağını zəbt etdi - VİDEO](/upload/news/small/4803954.jpg)
Ağcabədidə narkokuryerdən 7 kiloqram narkotik vasitə götürüldü - VİDEO
Xəbərlər
16 İyul 2024 09:22
Oxunub 126
![Ağcabədidə narkokuryerdən 7 kiloqram narkotik vasitə götürüldü - VİDEO](/upload/news/447164.jpeg)
Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb.
Həmin şəxsdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.
O, maddi qazanc müqabilində sosial şəbəkə vasitəsi ilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR