Ağdam-Füzuli yolunda mikroavtobus aşdı: Xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB

Ağdam-Füzuli yolunda "Ford" markalı mikroavtobusun qəzaya uğraması ilə bağlı bəzi təfərrüat məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəzaya düşən şəxslər Ağdam rayonunun Baharlı kənd sakinləridir.
Bildirilib ki, hadisə fəhlə kimi çalışan şəxslərin azad edilmiş ərazilərdə fərdi sahibkara məxsus əkin sahəsində alaq işləri üçün getdikləri zaman baş verib.
***11:11
Ağdam-Füzuli yolunda aşan mikroavtobusda xəsarət alanların son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, iyulun 7-si, saat 08:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, üçü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır", - deyə məlumatda bildirilib.
***09:07
Ağdam-Füzuli yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, qəza bu gün saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində qeydə alınıb.
“Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində mikroavtobusda olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










