Ağstafa sakinlərindən orduya dəstək - VİDEO

Artıq bir neçə gündür Bakıda başlayan və bütün ölkədə orduya dəstək məqsədilə onlarla yük maşınına təkərlər yüklənərək cəbhənin müxtəlif istiqamətlərinə göndərilir.
Avtosfer.az Kazus.az-a istinadən xəbər verir ki, aksiyaya Ağstafa rayonunun Poylu kənd sakinləri də qoşulub.
Aksiyada iştirak etmək üçün bir araya gələn kənd sakinlərinin əsas məqsədi ordu üçün kiçik də olsa bir iş görməkdir.
“Hər şey vətən üçün” şürarı ilə başlanılan aksiya çərçivəsində Poylu sakinləri bir neçə gündür işlənmiş və istifadəyə yararsız təkərləri toplayıb, bu gün isə yük maşınına yükləyib, cəbhənin müxtəlif istiqamətlərinə yola salıblar.
Kənd sakinləri Kazus.az-a bildirib ki, proses davamlı olaraq həyata keçiriləcək.
Qeyd edək ki, avtomobil təkərləri cəbhə bölgəsində mühüm əhəmiyyətə malikdir. Belə ki, həm dözümlü, həm də güllələrin saxlama və soyutma xassələrinə malik olan təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi üçün olduqca əhəmiyyətli materialdır.
Xatırladaq ki, Azərbaycanda orduya dəstək məqsədi ilə müxtəlif qurumlar və təşkilatlar tərəfindən də dəstək aksiyaları həyata keçirilir.
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək










