Ağstafada kəndləri rayon mərkəzi ilə əlaqələndirən körpü bağlandı - AÇIQLAMA - VİDEO

Ağstafada bir neçə kəndlə rayon mərkəzini birləşdirən körpü bağlanıb.
Avtosfer.az xəbər verir ki, sakinlərin bildirdiklərinə görə, iki aya yaxındır körpü qəzalı vəziyyətdədir. Lakin hər hansı addım atılmır, təmir işləri görülmür.
Sürücülərə alternativ yol təklif edilib. Bu yoldan istifadə üçün kilometrlərlə məsafə qət etmək lazımdır. Yəni 10 dəqiqəlik yol üçün bir saat vaxt tələb olunur. Onların sözlərinə görə, magistrala çıxmaq üçün məcburi şəkildə yolu əks istiqamətdə getməli olurlar.
Sürücülər bildiriblər ki, burada əsas yola çıxmaq üçün hər iki tərəfdən gələn hərəkət iştirakçıları və özləri xoşagəlməz hallarla üzləşirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən yol ötürücüsü 1961-ci ildə inşa edilib. Aidiyyəti qurumların, həmçinin Fövqəladə Hallar Nazirliyinin körpünün texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə rəyi var. Paralelində alternativ yol ötürücüsünün mövcudluğunu nəzərə alaraq, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən qəzalı vəziyyətdə olan körpüdə nəqliyyatın hərəkətinin qadağan edilməsi barədə qərar qəbul olunub.
Körpünün təmir edilib-edilməyəcəyi barədə də hələ ki qərar yoxdur. Hərəkətin təşkili və təhlükəsizliyi isə Agentliyin səlahiyyətində deyil.
Ətraflı süjetdə:
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











