Ağsu rayonunda iki kəndi birləşdirən yol yararsız vəziyyətdədir - VİDEO
Xəbərlər
30 Sentyabr 2021 22:15
Oxunub 2974

Ağsu rayonunun Ərəbuşağı və Ağalarbəyli kəndlərini birləşdirən yol sakinləri təngə gətirib. Sözügedən yolun istismar üçün yararsız vəziyyətdə olması avtomobillərin hərəkətinə çətinlik yaradır.
Yağış yağandan sonra vəziyyət daha da pisləşir. Çünki yolda olan çoxlu sayda çala-çuxura su dolur və gölməçələr yaranır. Bu isə avtomobillərin detallarının tez-tez sıradan çıxmasına səbəb olur.
Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir ki, davam edir.
Problemə münasibət bildirən Ərəbuşağı kənd bələdiyəsinin sədri Oktay Abbasov deyib ki, sakinlərin müraciətləri aidiyyəti üzrə çatdırılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













