Banner

Ağsuda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb - FOTO - VİDEO

Xəbərlər 6 Yanvar 2024 12:40
Ağsuda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakinləri- Natiq Nuriyev və Zamiq Müslümov saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Nuriyevdən heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitə və psixotrop maddəni birlikdə paytaxtdan Ağsuya satış məqsədilə gətirdikləri məlum olub. 

Faktla bağlı cinayət işi başlanılıb,istintaq aparılır.

Oxunub 764
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh