Banner

Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək

Xəbərlər 20 İyul 2025 00:06 Oxunub 492
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avropa İttifaqı (Aİ) 2030-cu ildən etibarən avtomobil icarəsi şirkətləri və iri firmalar tərəfindən benzinlə işləyən avtomobillərin alınmasını qadağan etmək planını hazırlayır.

Avtosfer.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti Brüsseldəki mənbələrinə istinadən yazıb. 

"2030-cu ildən başlayaraq "Sixt" və ya "Europcar" kimi şirkətlərə, eləcə də iri korporasiyalara yalnız elektrik avtomobilləri almağa icazə veriləcək", - deyə qeyd olunub. 

Bu təşəbbüsün Aİ ölkələrində yeni avtomobil satışlarının ümumi həcminin 60 faizinə qədərini təsir edə biləcəyi deyilir. Mənbələrin sözlərinə görə, artıq müvafiq qanun layihəsi üzərində iş gedir, lakin bu məsələ ilə bağlı rəsmi şərhlər daha sonra veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh