Aİ sürücülük vəsiqələri sistemində rəqəmsal inqilaba hazırlaşır

Avropa Parlamenti bütün Aİ ölkələrində sürücülük vəsiqələrinin alınması və istifadəsi qaydasını dəyişəcək böyük islahatı təsdiqləməyə yaxındır.
Avtosfer.az xəbər verir ki, 2030-cu ilə qədər sürücülük vəsiqələrinin rəqəmsal formatda tətbiqi planlaşdırılır. Bu sənədləri smartfonda saxlamaq mümkün olacaq. Plastik kartlar isə yalnız vəsiqə sahibinin müraciəti əsasında saxlamaq mümkün olacaq.
Əsas yeniliklərdən biri 17 yaşlı gənclərə B kateqoriyalı avtomobilləri təlimçinin müşayiəti ilə idarə etməyə icazə verilməsidir. Analoji qaydanın C kateqoriyalı yük avtomobillərində təlim keçmək üçün də tətbiqi təklif olunur. Bu yolla Avropa İttifaqı gənclərin sürücülük təcrübəsini qazanmağı asanlaşdırmaq və yollarda təhlükəsizliyi artırmaq məqsədi güdür.
65 yaşdan yuxarı sürücülər üçün isə vahid tələblər müəyyən edilməyəcək. Hər bir ölkə tibbi müayinədən keçməyin lazım olub-olmadığını və ya yenilənmiş kursların vacibliyini müstəqil şəkildə özü müəyyənləşdirəcək.
İslahat həmçinin “bütün Avropa üçün vahid cəza” prinsipini də təsbit edir, belə ki, əgər sürücü Aİ-nin bir ölkəsində sürücülük hüququndan məhrum edilibsə, digər heç bir ölkədə avtomobil idarə edə bilməyəcək.
Aİ-yə üzv dövlətlər artıq bu qanunvericiliyə adaptasiyanı hazırlamağa başlayıblar. Rəqəmsal sürücülük vəsiqələrinin sınaq mərhələsinin 2027–2028-ci illərdə keçirilməsi nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, bu təşəbbüs bürokratiyanı azaldacaq və Avropa ölkələri arasında sürücülük sənədlərinə etimadı artıracaq.(azərtac)
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










