Banner

Almaniya səmasında asteroid görünüb - VİDEO

Xəbərlər 21 Yanvar 2024 23:20 Oxunub 864
Almaniya səmasında asteroid görünüb   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yanvarın 21-nə keçən gecə Berlin səmasında Sar2736 asteroidi yanıb.

Bu barədə “Tagesschau” məlumat yayıb.

NASA-nın məlumatına görə, asteroidin fraqmentləri Almaniyanın Brandenburq federal əyalətinə saat 00:32-də düşüb. Səma cisminin partlaması və düşməsi videoya çəkilib. Leypsiq və Praqadakı müşahidə kameraları da səmada parlayan alov topunu qeydə alıb.

Avropa Kosmik Agentliyinin astrofiziki Riçard Meusl “Der Spiegel” jurnalına bildirib ki, meteorit Yer atmosferinə nisbətən aşağı sürətlə – saniyədə cəmi bir neçə kilometr sürətlə daxil olub. (qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh