“Almaniya şirkəti Oxçuçayı ölü zonaya çevirib” - FOTO

“Azərbaycanın transsərhəd çayı olan Oxçuçay uzun illərdir Ermənistan tərəfindən davamlı çirklənməyə məruz qalır. Bununla bağlı məlumat toplayıb beynəlxalq konvensiyalara müraciət etsək də, heç bir reaksiya olmayıb”.
Avtosfer.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yaydığı müraciətdə deyilir.
Bildirilib ki, Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden zavodu və Qafan mis-filiz saflaşdırma kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının birbaşa Oxçuçaya axıdılması nəticəsində çay hövzəsi ölü zonaya çevrilib:
“Zəngilan rayonu ərazisində Oxçuçaydan su nümunələri götürülərək, aparılan fiziki-kimyəvi təhlillər də çayın çirkləndiyini bir daha təsdiq edir. Təhlillərin nəticələrinə görə, Oxçuçayda ağır metallardan olan manqan 3.6-4.0, dəmir 4.5-4.6, nikel 5.7- 7.1, kadmium 2.9 - 3.5, qurğuşun 1.3, sink 1.2, molibden 1.9 - 2.5, ammonium 1.6 - 2.1 dəfə normadan artıq olub.
Çirklənmə su mühiti ilə yanaşı, çayın bioresurslarının məhvinə səbəb olur. Belə ki, 2021-ci ilin mart ayında Oxçuçayda “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na düşmüş, nadir hallarda rast gəlinən və nəsli kəsilmək üzrə olan çay qızıllıxallı forel balığının kütləvi tələf olması aşkarlanıb”.
Qeyd olunub ki, Oxçuçayın çirklənməsi öz növbəsində Araz çayının çirklənməsinə gətirib çıxarır:
“Bu isə nəinki su mühitinə, onun bioloji resurslarına ciddi zərbə vurur, eləcə də, insanların fəaliyyəti və həyatı üçün zəruri olan su ehtiyaclarının ödənilməsini təhlükə altında qoyur. Bu, ekoloji cinayətdir”.
İctimai Şuranın məlumatına görə, illərdir bu barədə müxtəlif səviyyələrdə məsələni qaldırsalar da, məsələ həllini tapmayıb:
“Lakin hazırda su nümunələrinin nəticələri bəlli olduğundan, artıq məsələni ictimailəşdirməliyik. Qacaran mis-molibden zavodu Almaniyanın “Cronimet Holding” şirkətinə məxsusdur.
Biz inanırıq ki, “Cronimet Holding” Qacaran-mis molibden zavodundan ekostandartların kobudcasına pozulması faktlarını aradan qaldıracaq və Azərbaycanın su ekosistemlərinə və insanların sağlamlığına ciddi mənfi təsirlərin qarşısını alacaq.
Ermənistan tərəfindən transsərhəd çayların çirkləndirilməsinə son qoyulmalı və bu ekoloji cinayətin qarşısının alınması üçün dünya ictimaiyyəti, eləcə də, dünyanın səlahiyyətli olan qurumları Ermənistana təsir göstərməlidir.
Xahiş edirik, bu məsələni ictimailəşdirin! Beynəlxalq təşkilatlar: UNEP, UN, EC, UNECE, Greenpeace, GermanGreenParty, KFW, BBC, Natgeo, CNN”.



Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












