Almaniya XİN rəhbərinin olduğu təyyarə iki dəfə qəza enişi etdi - FOTO

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok təyyarənin nasazlığı səbəbindən ikinci dəfə Avstraliyaya uçuşu davam etdirə bilməyib və BƏƏ-yə qayıdıb.
Bu barədə “Bild” qəzeti hava gəmisinin komandirinə istinadla xəbər verib.
“Berbok Avstraliyaya getmək əvəzinə yenidən Əbu-Dabiyə qayıdır! Avstraliya, Yeni Zelandiya və Ficidəki ev sahibləri artıq almaniyalı naziri gözləyirlər”, - deyə məqalədə bildirilir.
Məlumata görə, hökumət nümayəndələri üçün nəzərdə tutulmuş “Airbus A340-300” yerli vaxtla 00.00-da Əbu-Dabi hava limanından havaya qalxdıqdan 15 dəqiqə sonra uçuş üçün lazım olan sürəti yığa bilməməsi səbəbindən geri qayıdıb.
Qeyd edək ki, bundan əvvəl də Berbokun Sakit okean regionuna səfərinin təyyarədə texniki nasazlıqlara görə yarımçıq qaldığı xəbəri yayılmışdı. Belə ki, təyyarə Əbu-Dabidə aralıq eniş edərək yanacaq doldurduqdan sonra havaya qalxsa da, bir neçə dəqiqədən sonra gəminin heyəti texniki problemlərlə üzləşib və hava limanına geri qayıdıb. Layner komandirinin sözlərinə görə, problemlər eniş qanadları ilə bağlı olub.
O da məlum olub ki, Berbok Avstraliyaya adi reyslə uça bilərdi, lakin hökumət təyyarəsindən istifadə etməyi zəruri hesab edib.
Yeri gəlmişkən, nazirin komforta verdiyi üstünlük və xərcləri ölkəsində dəfələrlə müzakirə mövzusu olub. Bundan əvvəl, mediada Berbokun 2022-ci ildə təkcə özünün stilist xidmətlərinə təxminən 136,5 min avro (261 min manat) pul xərclədiyi xəbəri yayılmışdı.
oxu.az
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











