Almaniyanın milli aviadaşıyıcısı İrana uçuşları bərpa edir

Xəbərlər 3 Aprel 2021 11:24 Oxunub 800
Almaniyanın milli aviadaşıyıcısı İrana uçuşları bərpa edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Almaniyanın milli aviadaşıyıcısı - “Lufthansa” şirkəti 1 il 3 aylıq fasilədən sonra ölkənin Frankfurt şəhərindən İranın paytaxtı Tehrana uçuşları bərpa edir.

Avtosfer.az xəbər verir ki, bu barədə qonşu ölkənin "Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, aviareyslər aprelin 16-dan həyata keçiriləcək.

Xatırladaq ki, ötən il yanvarın 8-də "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinə məxsus “Boeing 737” təyyarə İran səmasında vurulduqdan sonra “Lufthansa” Tehrana uçuşları dayandırmışdı. Həmin hadisə nəticəsində təyyarənin göyərtəsindəki 176 nəfər ölmüşdü.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh