Banner

Amerikalı diplomatlar Moskvada oğurluq etdilər: Rusiya nota verdi - VİDEO

Xəbərlər 9 Oktyabr 2021 18:08 Oxunub 860
Amerikalı diplomatlar Moskvada oğurluq etdilər: Rusiya nota verdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-ın Rusiyadakı diplomatik missiyasının üç əməkdaşı Moskvadakı barlardan birində bel çantasını oğurlamaqda şübhəli bilinir.

Bu barədə Moskva Daxili İşlər Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Vasenin məlumat yayıb.

Onun sözlərinə görə, müəssisələrin birində yerli sakindən 15 min rubl (təqribən 355 manat) dəyərində şəxsi əşyalar oğurlanıb. Polis müşahidə kamerasının görüntülərini araşdırdıqdan sonra şübhəlilərin şəxsiyyətini təyin edib. 

Şübhəlilər ABŞ səfirliyində xidmət edən Dəniz Piyadaları korpusunun hərbçiləri ola bilər. Onların sərxoş olduğu güman edilir.

Rusiya Xarici İşlər Nazirliyi artıq ABŞ-a şübhəli şəxslərdən diplomatik toxunulmazlığının qaldırılmasını tələb edən nota göndərib.

Tələb yerinə yetirilərsə, hüquq-mühafizə orqanlarının əməkdaşları lazımi istintaq hərəkətlərini həyata keçirə və həmin şəxsləri (əgər onların cinayətdə iştirakı sübuta yetirilərsə) cinayət məsuliyyətinə cəlb edə biləcək. Təqsirkarları beş ilə qədər həbs cəzası gözləyir.

“Toxunulmazlığın ləğvi ilə bağlı tələbdən imtina edildikdə, bu şəxslər dərhal Rusiya ərazisini tərk etməlidirlər”, - deyə qurumdan bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh