Ana bətnində olarkən körpə virusa yoluxa bilərmi? - AÇIQLAMA

“Həmişə sual olub ki, ana bətnində olarkən uşaq virusa yoluxa bilərmi və qadın xəstələnib sağalarsa, doğulacaq uşağa anticisimləri ötürə bilərmi? Bu haqda kifayət qədər tədqiqatlar aparılıb, nəzəriyyələr irəli sürülsə də metodik hissəsi ciddi təşkil edilən tədqiqatlar yaxın keçmişə qədər yox idi. İlk suala cavab verəcək tədqiqat artıq mövcuddur”.
Bunu Oxu.Az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, 100 yeni doğulmuş körpə və onların anaları tədqiqata daxil edilib:
“Bunlardan yalnız ikisində çox az miqdarda virus yükü tapılıb və ikinci testdə də artıq nəticələri neqativ olub. Buna görə də elmi olaraq deyə bilərik ki, ana hamilə vaxtı COVID-19 olarsa yeni doğulacaq uşağa virusun ötürməsi ehtimalı çox aşağıdır.
Digər sual isə çox maraqlıdır. Bəs anada xəstəlikdən sağaldıqdan sonra qazandığı anticisimlərdə vəziyyət nə yerdədir? Burada ən yeni elmi tədqiqat keçən həftə elmi ədəbiyyata daxil edilib. Təsdiq olunur ki, hamilə qadınlar xəstəlikdən sağaldıqdan sonra qazandıqları anticisimləri, yəni SARS-CoV-2-ə qarşı immunitetin müəyyən formasını yeni doğulmuş körpəyə ötürür. Bunu göbək ciyəsindən götürülən qanla bir daha sübut edirlər”.
“Tədqiqatda 1 500 hamilə qadın iştirak edib, bunlardan 83-də virus aşkarlanıb ki, onlardan da 72-i yeni doğulmuş körpəyə anticisim ötürüb. Bu da bizə hamilə qadınların böyük əksəriyyətinin immunitetin müəyyən formasını yeni doğulmuşa ötürdüyünü deməyə əsas verir”, - deyə N.Abdullayev qeyd edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












