Banner

“Anadolu Qartalı” səmada… - VİDEO

Xəbərlər 11 May 2023 22:17 Oxunub 818
“Anadolu Qartalı” səmada…   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Konya şəhərində “Anadolu Qartalı - 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov beynəlxalq təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Konya şəhərinə gəliblər.

Təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub, xatirə şəkli çəkdirilib.

Sonra "Anadolu Qartalı" təlim mərkəzinin açılışı olub. General-polkovnik Z.Həsənov və digər qonaqlar sərgidə “ASELSAN” və "Tubitak" şirkətlərinin nümayəndələri ilə görüşüb, nümayiş etdirilən müasir silah və avadanlıq nümunələri ilə tanış olublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh