Anar Əsədlinin məhkəməsində zərərçəkən: "Maşın almaq üçün borc istədi, 45 min dollar verdim"

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən proses zərərçəkən Oktay Qasımovun prokurorun suallarını cavablandırılması ilə işini davam etdirib.
Zərərçəkən Anar Əsədliyə ümümilikdə 150 min ABŞ dolları verdiyini və həmin vəsaitin hələdə 77 min ABŞ dollarını təqsirləndirilən şəxs tərəfindən qaytarılmadığını deyib.
"Anar Əsədli vəd vermişdi ki,Türkiyənin İstanbul şəhərində təmirsiz ev alaraq onu təmir edib satıb ,bu satışdan da yaxşı qazanc əldə edəcəkdik.Mən ilk dəfə verdiyim 50 min ABŞ dollarından mənə 2300 ABŞ dolları qazanc verildi.Daha sonra Anar Əsədli mənə bildirdi ki,Türkiyənin İzmit şəhərində xəstəxana tikintisi ilə bağlı tender keçirilməlidir və orda pay sahibi olmaq üçün daha 50 min ABŞ dolları verilməlidir.Bu məbləği də verdim.Bir müddət sonra daha 50 min ABŞ dolları da vermişəm".
Təqsirləndirilən Anar Əsədli isə zərərçəkənin bütün bu ifadələrinin yalan olduğunu və ona qarşı qurulan bir oyun kimi qiymətləndirib.
Digər zərərçəkən Tamara Allahverdiyeva isə ifadəsi zamanı Anar Əsədlini şəxsən tanımadığını və onun anası ilə iş yoldaşı olduğunu deyib
"Mən Anar müəllimin anası Şəfiqə xanımla iş yoldaşı olmuşam.Şəfiqə xanım oğluna maşın almaq üçün 45 min ABŞ dolları borc istədi,məndə vermişəm.Ondan sonra xəbərim olmayıb həmin pulu hara xərcləyiblər.Həmin məbləğin 10 min ABŞ dolları qaytarîlıb".
Növbəti proses martın 13 -nə təyin edilib.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.
Məhkəmədə zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsirov və Tamara Allahverdiyeva tanınıb.
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir
Zəngəzur dəhlizi Azərbaycana nə qədər gəlir gətirəcək? - AÇIQLAMA
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - YENİLƏNİB
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin DİQQƏTİNƏ!
"Koroğlu” metrosu istiqamətində hərəkət bərpa edildi - YENİLƏNİB








