“ARB Günəş” yeni layihəsini ictimaiyyətə təqdim edib - FOTOSESSİYA

May ayının 19-u, Milli Qəhrəman İqor Kşnyakinin anadan olmasının 63-cü ildönümü günündə “ARB Günəş” telekanalı “Səma qəhrəmanları” adlı ekran işini ictimaiyyətə təqdim edib.
Avtosfer.az xəbər verir ki, yeni klip Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin ekipaj üzvləri – kapitan-pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və baş stüardessa Hökumə Əliyevanın xatirəsinə həsr olunub.
Sözləri Baba Vəziroğluna, musiqisi Sevinc Tofiqqızına məxsus olan mahnını İqor Kşnyakinin qızları Anastasiya Kşnyakina və Darya Kşnyakina ifa edib. Layihənin rəhbəri Məhsim Məhsimov, quruluşçu rejissoru Vüsal Məmmədov, quruluşçu operatorları Azər Sultanov və Tomas Abuşov, ssenari müəllifi Məmməd Məmmədəliyev, prodüseri Çimnaz Şixverdiyevadır.
Layihənin çəkilişləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, İqor Kşnyakinin evində və paytaxtın müxtəlif ərazilərində baş tutub.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları”na məxsus, Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qəzada həlak olan ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR




























