Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO

Dövlət proqramına əsasən, Xırdalan şəhərindən M4-Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, bununla da vətəndaşların yalnız Bakı-Sumqayıt yolundan istifadə məcburiyyəti aradan qalxacaq və ərazidən çıxış üçün rahat alternativ yollar yaradılacaq.
Layihənin digər mühüm hissəsi isə Xırdalan dəmiryolu stansiyası ilə bağlıdır. Belə ki, yeni giriş-çıxışlardan biri məhz bu stansiyanın yaxınlığında təşkil ediləcək. Eyni zamanda, stansiyanın qarşısında müasir Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) inşası nəzərdə tutulur. Bu addım həm dəmiryolu stansiyasına gediş-gəlişin səmərəliliyini artıracaq, həm də ictimai nəqliyyatın əhatə dairəsini genişləndirəcək.
Qeyd edilən irimiqyaslı infrastruktur layihələri Xırdalan şəhərinə yeni nəfəs və hərəkət sərbəstliyi gətirəcək. Bu yeniliklər eləcə də Hökməli, Sulutəpə, Xocəsən, Müşfiqabad və 28 May qəsəbələrinin sakinlərinə, həmçinin ətrafda yerləşən universitetlərlə rahat əlaqə qurmaq üçün mühüm alternativlər formalaşdıracaq.
Eyni zamanda, qeyd edilən yollarda nəqliyyat hərəkətlərinin tənzimlənməsi məqsədilə Xırdalan şəhəri- M1-Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi, Xırdalan dairəsində yolayrıcının təkmilləşdirilməsi və M1-Bakı-Sumqayıt yolundan M4 yoluna, Şamaxı istiqamətinə tunel vasitəsilə çıxışın təşkili həyata keçiriləcək.
Hazırda sözügedən layihələrin hazırlanması həyata keçirilir, istiqamətlərdən biri üzrə isə artıq tikinti işlərinə başlanılıb. Ümumilikdə, bu layihələrin 2027-2030-cu illər ərzində tam yekunlaşması gözlənilir.
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI











