ASCO gəmiləri ilə yükdaşımaların həcmi 5 faizdən çox artdı - FOTO - VİDEO

AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri ilə 2025-ci il ərzində 9,085,935 ton yük daşınıb. Bu da 2024-cü illə müqayisədə 5,38 faiz artım deməkdir.
Avtosfer.az xəbər verir ki, ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. Ötən il ərzində bu tip gəmilərlə 1,324,999 ton yük daşınıb. Bu, 2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45 faizdən çoxdur.
Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidə olunub. Belə ki, 2024-cü ildə 4,216,243 ton yük daşındığı halda, 2025-ci ildə bu göstərici 4,310,046 tona çatıb. Beləliklə, bu seqment üzrə daşımalarda 2 faizdən çox artım qeydə alınıb.
Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76,757 ədəd təkərli texnikanın (vaqon, TIR və avtotexnika) daşınması həyata keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77,071 ədəd vaqon, TIR və avtotexnika daşınıb.
Bundan başqa, ötən il ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 22,030 TEU olub. Bu isə 2024-cü illə müqayisədə 203 faiz artım deməkdir.
![]()
Bu general 4412 gün həbsdə olub - FOTO
Polis bu qədər silah-sursat aşkarladı
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı - FOTO
Nəsimi Nəbizadə niyə qaçıb? – AÇIQLAMA
Bu obyektlərdə “dəvə qutabı” ilə bağlı reydlər keçirildi - Nöqsanlar üzə çıxdı - ŞOK VİDEO
Gürcüstan Ermənistanla sərhəd yolunu bağladı
Bakı metrosu 227 milyona yaxın sərnişin daşıdı
“Adore”un 402 manatlıq ətrinin keyfiyyətindən narazıdır - VİDEO
Mübariz Mənsimov istintaqa cəlb edildi - Qanunsuz maliyyə axınında şübhəli bilinir
Cinayətdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Rəqsanə İsmayılova barəsində məhkəmədən YENİ QƏRAR











