Banner

Astarada kənd sakinləri hər gün təhlükəli yolladan istifadə edir - VİDEO

Xəbərlər 14 Dekabr 2021 23:20 Oxunub 1182
Astarada kənd sakinləri hər gün təhlükəli yolladan istifadə edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Astaranın 15 kəndinin 10 mindən yuxarı əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi yenidən aktivləşib. 

Sürüşmə Deqədi - Pəlikəş avtomobil yolunun Vənəşikəş, Ağkörpü kəndlərindən keçən və Şümrüd kəndinə yaxın hissələrində qeydə alınıb. 

Hava şəraiti sərtləşəndə isə vəziyyət daha da çətinləşir, nəqliyyatın hərəkətində problemlər yaşanır. Sözügedən yolda mütəmadi olaraq sürüşmələr müşahidə olunur. Yol infrastrukturuna dəyən zərər də məhz bununla bağlıdır. Dəfələrlə əraziyə qum və çınqıl döşənsə də, xeyri olmur. Astaranın Pəlikeş, Sım kəndləri öz füsunkar təbiəti ilə məşhurdur və il ərzində istirahətə gələn yerli və əcnəbi turistlər də bu yoldan istifadə edirlər. 

Qeyd edək ki, tikintisinə 6-7 milyon manat vəsait sərf olunmuş Deqədi Pəlikəş avtomobil yolu 6 il bundan qabaq istifadəyə verilib. Həmin vaxtdan indiyədək yol dəfələrlə torpaq sürüşmələrinə və uçqunlara məruz qalıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh