Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ÜNVANLAR - SİYAHI

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Avtosfer.az-a bildirilib ki, bu il Məhərrəm ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar belədir:
Bakı şəhəri üzrə:
Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu, Sahibəzzaman məscidi
Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu, Qaraçuxur məscidi
Yasamal rayonu, Təzə Pir məscidi
Yasamal rayonu, Hacı Soltanəli məscidi
Binəqədi rayonu, İmam Əli məscidi.
Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunacaq.
Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.
"Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər", - QMİ-nin açıqlamasında bildirilib.
Qeyd edək ki, bu il Miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-də isə Aşuradır.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











