Azərbaycanda ata öz uşağının ayağını iplə bağlayıb cəzalandırdı - VİDEO
Xəbərlər
18 May 2021 17:10
Oxunub 3434

Bölgələrin birində çəkilimiş video sosial şəbəkədə yayılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə azyaşlı uşaq həyətdə nadinclik edib əşyaları dağıtdığı üçün atası onu cəzalandırıb. Ata həyətdə öz uşağının ayağını iplə bağlayaraq onun hərəkət etməsini məhdudlaşdırıb. Azyaşlıya qarşı edilən bu hərəkət sosial şəbəkə istifadəçiləri tərəfindən qınanılıb.
Qeyd edək ki, uşaqlara qarşı bu cür davranış nümayiş etdirmək doğru hesab olunmur. Gördükləri bu münasibətdən nəticə çıxaran uşaqlar, böyüdükdən sonra özlərinə qarşı olan zorakı hərəkətləri başqalarına qarşı tətbiq etməyə cəhd edirlər. Uşaqların böyüdükdən sonra cəmiyyətdə düzgün mövqe seçməsi üçün, lap kiçik yaşlarından tərbiyə işləri düzgün görülməlidir.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













