Banner

Atatürk prospektinin bir hissəsi təmir olunub - FOTO - VİDEO

Xəbərlər 7 Avqust 2024 14:03 Oxunub 500
Atatürk prospektinin bir hissəsi təmir olunub - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın  Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək ) aparılan təmir işləri artıq yekunlaşıb.

Təmir işləri çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. 

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. 

“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh