Avarçəkmə üzrə Azərbaycan çempionatında İLK - FOTO

Martın 16-17-də keçiriləcək avarçəkmə üzrə Azərbaycan birinciliyində ilk dəfə dörd nəfərlik kayak qayığında yarışlar təşkil olunacaq.
Avtosfer.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı baş tutacaq yeniyetmə və gənclər arasında yarış Mingəçevirin "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
Birincilikdə 2007-2012-ci illər təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar. İdmançılar akademik növdə bir, iki və dörd nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, bir nəfərlik kanoedə 200, 500 və 1000 metr, bir, iki və dörd nəfərlik kayakda 200, 500 və 1000 metr məsafədə medal qazanmağa çalışacaqlar.

Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi










