Aviabiletlər nə vaxt ucuzlaşır? - İpucları

Aviabilet səyahət büdcəsinin əsas hissəsindən biridir. Ucuz alınsa büdcəyə yaxşı qənaət etmək olar.
Turizm və miqrasiya mövsümündə - may, iyun, iyul, avqust, sentyabr aylarında biletlər sürətlə satılır və bir az baha olur. Bu aylarda olan uçuşlara bilet almaq üçün 3-4 ay öncədə qiymətləri izləmək lazımdır. Uyğun qiymət görən kimi almaq lazımdır, çünki aviabilet qiymətləri hər saniyə dəyişə bilər.
Təbii ki, turizm mövsümü olmayan aylarda - oktyabr, noyabr, fevral, aprel aylarında biletlər, hətta otellər belə aşağı qiymətə təklif edilir, bəzən öz xərcindən daha ucuz olur.
Misal üçün, Türk Hava Yolları hər il payız aylarında endirim kampaniyası edir. Kampaniya həm ölkədaxili, həm də ölkəxarici reyslərə şamil olunur. Hazırda isə THY ölkədaxili reyslərə kampaniya edir. 299.99 TL-dən (~30 AZN) başlayan qiymətlərlə Türkiyədaxili səyahət imkanı verir.

Türkiyənin digər aviaşirkəti Pegasus isə öz mobil tətbiqində mütəmadi olaraq kampaniyalar edir. Bunun üçün Pegasus-un Bol-Bol loyallıq proqramına qoşulmaq lazımdır. Təxmini 1 ay öncə bu kampaniya ilə Gəncə-İstanbul-Gəncə bileti 140 avro idi. Bakıya Budapeşt və Əbu Dabidən reyslər edən Wizz Air də öz mobil tətbiqində tez-tez endirimlər edir.
Aviabiletlərin ucuz olduğu daha bir zaman isə yeni satışa çıxan vaxtlarıdır. Hər bir aviaşirkət qış və yay mövsümü üçün biletləri satışa çıxaranda və ya hansısa şəhərə yeni uçuş planlaşdıranda biletlərin qiyməti baza qiymətinə bərabər olur. Təbii ki, yerlər azaldıqca qiymətlər də artır. Misal üçün, Buta Airways yeni reyslərin və yeni mövsümün biletlərini satışa çıxaranda qiymətləri 29 avrodan başlayır. Bu xəbərləri izləmək üçün aviaşirkətin sosial media kanallarını izləmək lazımdır. AZAL isə geniş gövdəli təyyarələrindən istifadə etdiyi marşrutlarda tez-tez kampaniya edir.
Yekun olaraq qeyd edək ki, axtarış zamanı aviaşirkətləri və qiymətləri müqayisə edin. Xidmətlərindən razı qalacağınız şirkəti seçin.
AviaTravel
Turizm və aviasiya haqqında daha çox məlumat - www.aviatravel.az
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI










