Aviabiletlər ucuzlaşır - VİDEO

Aviabiletlərin qiymətləri ucuzlaşır.
Ekspertlər deyirlər ki, ötən illərlə müqayisədə azərbaycanlıların ən çox səyahət etdikləri istiqamətlərdə bilet qiymətlərində ciddi ucuzlaşma var.
Bəzi istiqamətlər üzrə hətta 50 %-ə qədər ucuzlaşma müşahidə olunur.
Qiymətlərin enməsinin əsas səbəblərindən biri reyslərin artırılması və mütəmadi olmasıdır.
Ekspert Rəhman Quliyev deyir ki, əgər pandemiyadan öncə Bakıdan İstanbulun bir hava limanına 7-8 reys həyata keçirilirdisə, indi bu say 12-yə qədər artıb. Ucuzlaşma daha çox Türkiyə və Gürcüstan istiqamətlərində müşahidə edilir.
Reyslərin artması qiymətlərin enməsi ilə yanaşı, turist mübadiləsini də sürətləndirib. Rəhman Quliyevin sözlərinə görə, AZAL-ın bu qiymət siyasətinə digər şirkətlər də özlərini uyğunlaşdırırlar.
Ekspertin sözlərinə görə, ucuzlaşma kampaniya xarakterli deyil və uzun müddətdir davam edir.
Qeyd edilir ki, aviaşirkətlərin satış siyasətinə əsasən biletlər siniflərə bölünür və satıldıqca üst kateqoriyalarda bahalaşma müşahidə edilə bilər.
Artıq uçuşlar pandemiyadan əvvəlki səviyyəyə qalxmış hesab edilir.
Ekspertin fikrincə, buna görə də, xüsusilə yay aylarında aviabilet qiymətlərində ciddi bahalaşmanın müşahidə edilməsi ehtimalı aşağıdır.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











