Avropa İttifaqı missiyası Ermənistan MN-in yalanını ifşa etdi - FOTO
Xəbərlər
15 Avqust 2023 16:58
Oxunub 886

“Avropa İttifaqının Ermənistandakı missiyası atəşə məruz qalmayıb”.
Bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası bu ölkənin Müdafiə Nazirliyinin məlumatını şərh edərkən bildirib.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin guya Ermənistandakı Aİ müşahidəçiləri istiqamətində atəş açdığını bəyan etmişdi.
“Heç bir EUMA patrulu (Aİ missiyası - red.) atəşə məruz qalmayıb. Biz Ermənistan-Azərbaycan sərhədinin ərazilərində patrul xidməti həyata keçiririk və Brüsseli hərbi hadisələr, o cümlədən məsuliyyət zonamızda baş verən atışmalarla bağlı məlumatlandırırıq”, - Aİ missiyasının “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














