Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib
Xəbərlər
2 Sentyabr 2025 23:11
Oxunub 556

Avropa İttifaqının (Aİ) yeni səfiri Azərbaycana gəlib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən APA-ya məlumat verilib.
Səfir Marijana Kujundziç bu gün Bakıya gəlib.
Qeyd edək ki, diplomat bu təyinatdan öncə Avropa İttifaqının Brüsseldə Siyasi və Təhlükəsizlik Komitəsində (PSK) Xorvatiyanın nümayəndəsi olub. O, əvvəllər Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində və Xorvatiyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













